İraqda gәrginlik davam edir

Paytaxt Bağdad bombalı hücumlar ilә sarsılıb.

197085
İraqda gәrginlik davam edir

Paytaxt Bağdadda hәyata keçirilәn bombalı hücumlarda 14 nәfәr hәyatını itirib.
Əl-Bab bölgəsində 2 fәrqli yerdәki bombalı hücumda 8 nəfər ölüb, 20-si yaraalanıb.
Paytaxtın cənubundakı Əbu Desirә mәhәllәsindә isә, bazara yaxın mәsafәtә yerlәşdirilәn bombanın partladılması nәticәsindә 3 nәfәr hәyatını itirib, 10-u xәsarәt alıb.
Es-Siba sәmtindә törәdilәn hadisәdә 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Eyni bölgədə bir avtomobilә yerlәşdirilәn bombanın partlaması nəticəsində 1 nəfər hәyatını itirib, 2-si xәsarәt alıb.
Digər tərəfdən Paytaxtın şərqindəki Həbibə mәhәllәsindә bir restoranın önünə yerləşdirilən patlayıcının partladılması nəticəsində 8, Ət-Tevis məhəlləsində hərbi texnikanı hədəf götürәn hücumda 3 nəfər bәdәn xәsarәti alıb. Hücumların üzәrinә götürәn olmayıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr