İraqda gәrginlik davam edir
Paytaxt Bağdad bombalı hücumlar ilә sarsılıb.
![İraqda gәrginlik davam edir](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/10-11/Files/UploadedImages/8785535345rakiddet.jpg?time=1719059849)
Paytaxt Bağdadda hәyata keçirilәn bombalı hücumlarda 14 nәfәr hәyatını itirib.
Əl-Bab bölgəsində 2 fәrqli yerdәki bombalı hücumda 8 nəfər ölüb, 20-si yaraalanıb.
Paytaxtın cənubundakı Əbu Desirә mәhәllәsindә isә, bazara yaxın mәsafәtә yerlәşdirilәn bombanın partladılması nәticәsindә 3 nәfәr hәyatını itirib, 10-u xәsarәt alıb.
Es-Siba sәmtindә törәdilәn hadisәdә 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Eyni bölgədə bir avtomobilә yerlәşdirilәn bombanın partlaması nəticəsində 1 nəfər hәyatını itirib, 2-si xәsarәt alıb.
Digər tərəfdən Paytaxtın şərqindəki Həbibə mәhәllәsindә bir restoranın önünə yerləşdirilən patlayıcının partladılması nəticəsində 8, Ət-Tevis məhəlləsində hərbi texnikanı hədəf götürәn hücumda 3 nəfər bәdәn xәsarәti alıb. Hücumların üzәrinә götürәn olmayıb.
Әlaqәli Xәbәrlәr
![Gürcüstan vətəndaşlarının “Covid-19” cərimələrini siləcək](http://cdn.trt.net.tr/images/medium/rectangle/517b/643c/c38a/665eaf5f2c8b8.png?time=1719059850)
Gürcüstan vətəndaşlarının “Covid-19” cərimələrini siləcək
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verərək deyib ...