Yəməndə razılaşma әldә olunub

Şiə Husilər, prezident Abed Rabbo Mansur Hadi ilə razılaşıb.

194088
Yəməndə razılaşma әldә olunub

Yəməndə prezident sarayına nәzarәti әlә keçirәn şiə Husilər, prezident Abed Rabbo Mansur Hadi ilə razılaşıb.
Şiə Husilər, rəhbərlikdə daha çox söz sahibi olmaq qarşılığında Prezident Sarayından və Paytaxt Sana-nın hәssas yerlərindən çəkilmə qәrarına gәlib.
Tәrәflәr arasındatkı razılaşmaya әsasәn, konstitusiyada dәyişikliklәr aparılacaq. Husilərə məclisdə və dövlət təşkilatlarında daha çox təmsil imkanı təmin ediləcək. Rəsmi SABA Xaber Ajansının mәlumatına әsasәn, razılaşma çərçivəsində prezident Hadinin ötən günlərdə oğurlanan məsləhətçisi sərbəst buraxılacaq.
Paytaxt Sanada baş nazirlik binasının mühasirə altında olduğu vә baş nazir Xalid Bahahın, etibarlı bir yerə getdiyi bildirilir.
Digər tərəfdən Səudiyyə Ərəbistanının paytaxtı Riyadda xarici işlər nazirləri səviyyəsində toplanan Körfəz ölkələri, Sanada cәrәyan edәn hadisәlәri “çevriliş” olaraq xarakterizə edib. Nazirlər, Husilərә, dərhal prezident administrasiyasından çəkilməlәri barәdә çağırış ediblәr.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr