Xarici işlər nazirliyindən qınama

Xarici İşlər Nazirliyi, Livanın Trablus şəhərində hәyata keçirilәn hücumu qoınayıb.

181601
Xarici işlər nazirliyindən qınama

Xarici İşlər Nazirliyi, Livanın Trablus şəhərində hәyata keçirilәn vә 9 nәfәrin həyatını itirməsinə, çox sayda adamın yaralanmasına sәbәb olan hücumu qınayıb.

Nazirliyin açıqlamasında, “hücumda həyatını itirәnlәrә allahdan rәhmәt, yaxınlarına başsağlığı və səbir, yaralılara təcili şәfa arzu edirik. Mənfur intihar hücumlarını qınayır, dost və qardaş Livan xalqına başsağlığı veririk” deyә vurğulanıb. Açıqlamada, Livan xalqının mәntiqlә hәrәkәt edәcәyinә, ölkənin birlik və bütövlüyünün qorunmasının təmini üçün həmrəylikdәn imtina edilmәyәcәyinә inanan Türkiyənin, ölkədә dinclik, sabitlik və təhlükəsizliyin bәrpası üçün Livan dövləti və xalqına dəstəyinin davam edәcәyi qeyd edilib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr