İsrail Baş naziri Binyamin Netanyahudan çağırış

İsrailin Baş naziri Binyamin Netanyahu, Fransada yaşayan Yəhudilərə “İsrailə dönün” çağırışı edib.

182414
İsrail Baş naziri Binyamin Netanyahudan çağırış

İsrailin Baş naziri Binyamin Netanyahu dünən Parisdə Fransa prezidenti Frasua Olland ilə birlikdə Sinaqoqda təşkil edilən ayinlərə qatılıb. Baş nazir çıxışı zamanı, ortaq düşmənə qarşı birləşdiklərini söyləyib.
İslamın deyil, radikalların ortaq düşmən olduğunu ifadə edən Netanyahu, “İsrail indi Avropanın yanındadır, Avropadan da İsrailin yanında olmasını gözləyirik” deyə vurğulayıb.
İsrail Baş naziri Binyamin Netanyahu, Fransada yaşayan yəhudilərə “İsrailə dönün” çağırışı edib.
Sinaqoqa gedənlər arasında, Olland ilə bərabər, keçmiş prezident Nichola Sarkozi də olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr