Terror tǝşkilatı İŞİD ilǝ mübarizǝ davam edir

İraqda tǝşkilata yönǝldilmiş ǝmǝliyyatlarda 11 silahlı öldürülüb.

160534
Terror tǝşkilatı İŞİD ilǝ mübarizǝ davam edir

İraqda tǝşkilata yönǝldilmiş ǝmǝliyyatlarda 11 silahlı öldürülüb.

Kobanidǝ toqquşmalar davam edǝrkǝn, koalisiya qüvvǝlǝri İŞİD düşǝrgǝlǝrini vurub.
Әl Әnbarda, ordu qüvvǝlǝrinin 6 silahlını zǝrǝrsizlǝşdirdiyi vǝ tǝşkilata aid iki mǝrkǝzi bombaladığı bildirilib.
Diyalada da, İŞİD silahlılarının hücumunun qarşısı alınıb.
Baş verǝn toqquşmada 5 silahlı öldürülüb.
İŞİD silahlılarının bölgǝdǝki hücumları nǝticǝsindǝ dinc ǝhalidǝn 1 nǝfǝr hǝyatını itirib, 5 nǝfǝr dǝ yaralanıb.

Bu arada Suriyada yenǝ dinc ǝhali hǝdǝf götürülüb.

Hǝlǝbin şimalında 2 yaşayış mǝntǝqǝsinǝ tǝşkil edilǝn hava hücumlarında 7-si uşaq, 40 nǝfǝr ölüb.

Digǝr tǝrǝfdǝn toqquşmalardan qaçaraq müxtǝlif ölkǝlǝrǝ sığınan suriyalıların bir hissǝsi pis şǝrtlǝrdǝ vǝ yoluxucu xǝstǝlik tǝhdidi ilǝ yaşayır. Bu ölkǝlǝrdǝn biri dǝ Livandır.

Livanda düşǝrgǝlǝrdǝ yaşayan suriyalıların 60 faizinin tǝcili tibbi dǝstǝyǝ ehtiyacı olduğu bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr