Putinin etirafı

Putin bildirib ki, bəzi səhv addımlar nəticəsində Rusiya iqtisadiyyatı böhranla üzləşib.

160792
Putinin etirafı

Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetində dünǝn keçirilǝn iclasda bir sıra etiraflar edib.
Putin bildirib ki, bəzi səhv addımlar nəticəsində Rusiya iqtisadiyyatı böhranla üzləşib.
“Üzləşdiyimiz problemlər sadəcə xaricdən edilən müdaxilələrə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə deyil. Bunun əsas səbəbi illərdir üst-üstə yığılan səhvlərimizdir. Ona görə də iqtisadiyyatımız böhrana gedir. Bunların qarşısını almaq üçün çox işlər gördük. Lakin son hadisələr onu göstǝrdi ki, bu kifayǝt etmir”, deyə Rusiya prezidenti bildirib.
Qeyd edək ki, bu il Rusiyada rublun dəyəri rekord dərəcədə aşağı düşǝrǝk bir dollar 80 rubl olmuşdu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr