Pakistanda etiraz aksiyaları

Talibanın bir məktəbə təşkil etdiyi hücumdan etiraz mәqsәdi ilә bütün ölkədә aksiyalar keçirilir

155549
Pakistanda etiraz aksiyaları

Pakistanda ötәn hәftә Çərşənbə axşamı günü Talibanın bir məktəbə təşkil etdiyi hücumdan etiraz mәqsәdi ilә bütün ölkədә aksiyalar keçirilib.
Peşaver şəhərində Talibanın 132-i uşaq olmaqla 148 nәfәri qәtl etmәsi, minlәrlә insanın həm Peşaver, həm də digər şəhərlərdə küçələrə axışmasına sәbәb olub. Terrorun lәnәtlәndiyi aksiyalarda, terroristlərin tutularaq edam edilməsi tәlәb edilib. Talibanın əvvəl məscidlərə, daha sonra bazarlara, indi isә məktəblərə hücum tәşkil etdiyini xatırladan aksiyaçılar, "ölərik amma əsla uşaqlarımızın öldürülməsinə icazə vermərik" deyә şuar sәslәndiriblәr.
Pakistan Daxili İşlər Nazirliyi, hadisәdәn sonra Talibana qarşı әtraflı əməliyyatlar təşkil edildiyini, indiyə qədər 300-dən çox adamın saxlanıldığını bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr