Fәlәstinli nazir öldürüldü

Prezident Ərdoğan Mahmud Abbasa başsağlığı verib.

144393
Fәlәstinli nazir öldürüldü

Prezident Rəcəb Tayyib Ərdoğan, Fələstinli nazir Ziyad Əbu Ayn-ın İsrail qüvvәlәrlә baş verәn münaqişә әsnasında həyatını itirməsi sәbәbiylә Fələstin Dövlət Başçısı Mahmud Abbasa başsağlığı verib.
İsrailin işğal qüvvәlәrinin qәbul edilmәz hәrәkәtini qınadığını ifadә edәn prezident Ərdoğan "Mərhum Ziyad Əbu Ayn-ın ölümü ilә nәticәlәnәn hadisə, İsrailin Fələstin xalqına qarşı zülm, işğala әsaslanan pәrvasız rәftarını daha bir dәfә göz önünә sәrib” deyә vurğulayıb. İsrailin, Fələstin xalqına yönәlik mərhəmətsiz təcavüzkarlığının qәbul edilmәz olduğunu ifadi edәn Әrdoğan, "Türk xalqı, bu matəm günündə Fələstinli qardaşlarının ağrısını ürəyində hiss" edir. İsrail işğalının sona çatması, Fələstinli qardaşlarımızın müstəqil və suveren bir dövlət tәrkibindә azad yaşaması üçün, Türkiyәnin, keçmişdə olduğu kimi gələcəkdə də Fələstin xalqına dәstәyi davam edәcәk” deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr