Hüsnü Mübarək haqqında bəraət qərarı ölkədə etirazlara səbəb olub

Misirin keçmiş prezidenti Hüsnü Mübarək haqqında məhkəmədə bəraət qərarının verilməsi ölkədə etirazlara səbəb olub.

209934
Hüsnü Mübarək haqqında bəraət qərarı ölkədə etirazlara səbəb olub

Ötən gün Misirin keçmiş prezidenti Hüsnü Mübarək haqqında məhkəmədə bəraət qərarının verilməsi ölkədə etirazlara səbəb olub.
Nümayişçilər, polisin bütün girişlərini bağladığı Təhrir Meydanına girməyə çalışıblar.
2011-ci il etirazlarının simvolu olan meydanda, polis, nümayişçilərin qarşısını su və bibər qazı ilə alıb.
Nümayişdə Misir prezidenti Abdülfəttah Sisi və Mübarək əleyhinə şüarlar səsləndirilib.
Bundan başqa İskəndəriyə şəhərində də, Mübakə bəraət qərarı verilməsinə etiraz olaraq aksiyalar keçirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr