Jandarma Qüvvələrinin baş komandanı Azərbaycanda səfərdədir

Azərbaycanda səfərdə olan Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Abdullah Atay görüşlərə başlayıb.

187472
Jandarma Qüvvələrinin baş komandanı Azərbaycanda səfərdədir

Azərbaycanda səfərdə olan Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Abdullah Atay görüşlərə başlayıb.
General Atayın başçılıq etdiyi nümayəndə heyəti, Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.
Heydər Əliyevin məzarı, Əbədi Məşəl Kompleksi və Türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə əklil qoyan general 1993-cü ildə ermənilər tərəfindən Ağdərə rayonunun Aterk kəndində yandırılaraq şəhid edilmiş Daxili Qoşunların əsgərlərinin məzarını da ziyarət edib.
Noyabrın 14-dək davam edəcək səfər çərçivəsində general Abdullah Atay, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov, Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevlə görüşəcək. Nümayəndə heyəti həmçinin Daxili Qoşunların hərbi hissəsində olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr