Qarşıdurmalar davam edir

İraqda Peşmergǝ ilǝ İŞİD arasında qarşıdurmalar davam edir.

176261
 Qarşıdurmalar davam edir

İraqda Peşmergǝ ilǝ İŞİD arasında qarşıdurmalar davam edir.
BMT, İŞİD ilǝ bağlı hazırladığı hesabatda, tǝşkilata xeyli sayda insanın qatıldığı barǝdǝ xǝbǝrdarlıq edib.
Peşmergǝ qüvvǝlǝrinin İraqın Mosul şǝhǝri istiqamǝtindǝ irǝlilǝmǝkdǝ davam etdiyi vǝ son bir ayda 60-dan artıq kǝndin nǝzarǝtini ǝlǝ keçirdiyi bildirilib.
Peşmergǝlǝrin son 2 gündǝ 3 kǝndi ǝlǝ keçirdiklǝri vǝ 10 km irǝlilǝdiklǝri qeyd edilib.
Mosula 40 km yaxınlaşdıqlarını bildirǝn Peşmergǝ qüvvǝlǝri “Fransa vǝ Almaniyanın göndǝrdiyi silahlarla vuruşuruq. Yaxın zamanda Mosula da ǝmǝliyyat tǝrtiblǝyǝ bilǝrik” açıqlamasını yayıb.
Peşmergǝnin ayrıca, Yezidi ǝhalinin sıxlıqda olduğu Sincar qǝsǝbǝsini dǝ İŞİD-in ǝlindǝn xilas etmǝk üçün “gǝniş dairǝli bir ǝmǝliyyata” hazırlaşdığı bildirilib.
Digǝr tǝrǝfdǝn İngiltǝrǝ mǝtbuatında yer tutan xǝbǝrlǝrǝ ǝsasǝn BMT-nin hazırladığı İŞİD hesabatında, tǝşkilata daha öncǝ olmadığı sǝviyyǝdǝ yeni qatılanların olduğu barǝdǝ xǝbǝrdarlıq edilib.
Hesabatda, 80 ölkǝdǝn 15 min nǝfǝrin İŞİD vǝ digǝr radikal qruplara qatılmaq üçün İraq vǝ Suriyaya getdiyi bildirilib.
Ayrıca, tǝşkilata Fransa, İngiltǝrǝ vǝ Rusiya kimi ölkǝlǝrdǝn dǝ qatılanların olduğuna diqqǝt çǝkilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr