İŞİD-dən İngilis jurnalistə təşkilat təbliğatı

172883
İŞİD-dən İngilis jurnalistə təşkilat təbliğatı

İki ilǝ yaxındır İŞİD-in əsir saxladığı ingilis jurnalist Con Kentlinin Kobanidə çəkilən və təşkilatı tərifləyən xəbər videosu yayılıb.
İŞİD tərəfindən çəkdirilən videoda, Kentli, Kobaninin tamamilə İŞİD-in əlinə keçdiyini və şəhərdə qarşıdurmaların sona çatdığını söyləyir.
Türkiyə sərhədində çəkilən videoda ingilis jurnalist “İndi Kobanidə nə PKK, nə YPG nə də Peşmergə var. Şəhər tamamilə İŞİD-in əlindədir” deyir. Videoda İŞİD-ə aid olduğu iddia edilən hava nəqliyyatı ilə Kobani üzərində çəkilmiş görüntülər də olub.
İŞİD, əsir saxladığı İngilis jurnalistin daha əvvəl də bir videosunu yayımlayıb. Videoda Con Kentli, "Qərb mediasının və İŞİD-in arxasındakı gerçəkləri" açıqlayacağını ortaya qoymuşdu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr