Xain hücumda 3 əsgər şəhid olub

Hakkarinin Yüksekova rayonunda şəxsiyyəti naməlum silahlı şəxslər tərəfindən bazar da gәzәn əsgərlərə hücum təşkil edilib.

171107
Xain hücumda 3 əsgər şəhid olub

Hakkarinin Yüksekova rayonunda şəxsiyyəti naməlum silahlı şəxslər tərəfindən bazar da gәzәn əsgərlərə hücum təşkil edilib. Xain hadisә nәticәsindә 3 əsgər şəhid olub.
Polis təcavüzkarları tutmaq üçün bölgədə geniş miqyaslı əməliyyat başladıb.
Prezidenti Rəcəb Tayyib Ərdoğan, Yüksekovada silahlı hücum nəticəsində şəhid olan 3 əsgər üçün, Baş qərargah Başçısı Necdət Özelә başsağlığı teleqramı göndərib. Hadisәdәn dәrin kədər duyduğunu ifadә edәn prezident Ərdoğan “Әziz şəhidlərimizin ailələrinə, millətimizə və Türk Silahlı Qüvvələrinə başsağlığı verirәm” deyib.
TBMM sədri Cəmil Çiçək də, Baş qərargah rәisinә göndərdiyi başsağlığı mesajında, xain hücumu lәnәtlәyib.
Cümhuriyyәt xalq partiyasının sәdri Kamal Kılıçdaroğlu da, Hakkaridə şəhid edilən 3 əsgər üçün Twitterdən başsağlığı mesajı yayımlayıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr