"sülh müzakirələri" təxirə salınıb

Fələstin ilə İsrail arasındakı “sülh müzakirələri” təxirə salınıb.

171578
 "sülh müzakirələri" təxirə salınıb

Fələstin ilə İsrail arasındakı “sülh müzakirələri” təxirə salınıb.
Sabah İsrail və Fələstin arasında Misirdə aparılacaq danışıqlar təxirə salınıb.
İslami Müqavimət Hərəkatının sözçüsü Fevzi Berhum, Misirin, İsraillə sabah aparılacaq müzakirələrinin “Sinada baş verən hadisələr” ə görə təxirə salındığını deyib. Rifah Sərhəd qapısının bağlanılmasına görə, Həmas heyətinin ölkəyə keçə bilməyəcəyini deyən Berhum, Həmasın bununla bağlı qərarını anlayışla qarşıladığını, yeni tarixlə bağlı hər hansı bir məlumatın onlara çatmadığını dilə gətirib. Misir tərəfindən isə bununla bağlı heç bir şərh verilməyib. Şimali Sinadan əvvəlki gün iki təhlükəsizlik nöqtəsinə təşkil edilən bombalı hücumda 30 əsgər həlak olub, 31-i yaralanıb. Misir, ikinci bir qərara qədər Rifah Sərhəd qapısını bağlamışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr