Kobanidә qarşıdurmalar şiddətlənib

Terror təşkilatı İŞİD ilə bəzi kürd qruplar arasındakı qarşıdurmalar şəhərin daxili bölgələrində şiddətlənib.

168288
Kobanidә qarşıdurmalar şiddətlənib

Suriyanın Kobani (Ayn əl Ərəb), şәhәrindә terror təşkilatı İŞİD ilə bəzi kürd qruplar arasındakı qarşıdurmalar şəhərin daxili bölgələrində şiddətlənib.
İki qrup arasında təxminən 40 gün əvvəl başlayan qarşıdurmalar davam edir. Qarşıdurmaların xüsusilə Kobani şәhәrinin daxili bölgələrində sıxlaşdığı bildirilir.
Bölgədən yüksələn duman Suriya sərhədindəki Şanlıurfanın Suruç rayonundan də görülür. ABŞ liderliyindəki koalisiya qüvvәlәrinә mәxsus döyüş təyyarələri Kobani üzərində kəşfiyat әldә etmәk mәqsәdiylә uçuşlar reallaşdırıblar.
Digər tərəfdən, ABŞ-ın havadan kürd qruplara buraxdığı yardımların bir hissəsinin İŞİD-in əlinə egeçmesinin əks-sədaları davam edir.
Baş nazir Köməkçisi Bülent Arınç, “Havadan silah və sursat köməyinin nə qədər tәhlükәli olduğu daha birdәfә müşahidә olundu” deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr