Davudoğlu: "Aralıq dənizində seysmik araşdırma aparmaq haqqımız

Baş nazir Əhməd Davudoğlu Qıbrıs dəniz sektorunda Türkiyə və Cənubi Qıbrısın apardığı təbii qaz axtarışı işlərindən sonrakı durumu qiymətləndirib.

165960
Davudoğlu: "Aralıq dənizində seysmik araşdırma aparmaq haqqımız

Baş nazir Əhməd Davudoğlu Qıbrıs dəniz sektorunda Türkiyə və Cənubi Qıbrısın apardığı təbii qaz axtarışı işlərindən sonrakı durumu qiymətləndirib.
Türkiyə tərəfindən Aralıq dənizində hǝyata keçirilǝn əməliyyatın yalnız seysmik iş olduğunu və Barbaros gəmisinin orada əməliyyat aparacağını vurğulayan Davudoğlu "Barbaros gəmisinin lazımi qoruma tədbirləri alınıb. Kimsə problem yaratmağa cəhd göstərməməlidir. Əgər mümkün bir həll üzərində razılığa gəlinəcəksə bir an əvvəl müzakirələr vasitəsilə bu problem yoluna qoyulmalıdır, o qaynaqlar da Birləşmiş Qıbrıs dövlətinin qaynaqları olaraq istifadə edilməlidir "deyib.
Qıbrıs Rum tərəfinin Aralıq dənizindəki təbii qaz ehtiyatları üzərindəki əsassız mövqeyini tənqid edən Davudoğlu "Həm Türkiyəyə şantaj edərcəsinə başqa ölkələrlə danışıqlar aparmağa başlayacaqsınız, sonra da bu məsələlərdən məsul Türkiyəni görəcəksiniz. Bu qəbuledilməz bir durumdur. Türkiyə və Şimali Qıbrıs Türk Respublikası arasında ǝldǝ edilən razılaşmalarla o ərazilərdə seysmik araşdırma aparmaq haqqımız var və bu haqqımızdan hər zaman istifadə edə bilərik" deyə bildirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr