İranda tәyyarә qәzaya düşüb
Tehrandan Zahidana gedən tәyyarә qәzaya uğrayıb.
153882
Tehrandan Zahidana gedən İran təhlükəsizlik qüvvələrinə aid təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər dünyasını dəyişib. İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumaına görə Zahidan əyalətinin Seravan bölgəsində təhlükəsizlik qüvvələrinə qarşı təşkil edilən hücumu araşdıracaq qrupun olduğu təyyarə Zahidanın Queyş mahalı yaxınlarında qəzaya uğrayıb. Təyyarədəki 4 təhlükəsizlik əməkdaşı və 3 ekipaj üzvü həlak olub. Qəzanın səbəbləri araşdırılır.
Әlaqәli Xәbәrlәr
![Gürcüstan vətəndaşlarının “Covid-19” cərimələrini siləcək](http://cdn.trt.net.tr/images/medium/rectangle/517b/643c/c38a/665eaf5f2c8b8.png?time=1718586811)
Gürcüstan vətəndaşlarının “Covid-19” cərimələrini siləcək
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verərək deyib ...