Hәsәn Ruhani: "Müzakirәlәr davam edәcәk"

İran prezidenti Həsən Ruhani BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə görüş zamanı əldə edilən razılaşmanın müzakirələrinə davam ediləcəyini açıqlayıb.

151670
Hәsәn Ruhani: "Müzakirәlәr davam edәcәk"

İran prezidenti Həsən Ruhani Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə görüş zamanı əldə edilən razılaşmanın müzakirələrinə davam ediləcəyini açıqlayıb. Prezident danışıqlarda ölkəsinin uranı zənginləşdirməsində "miqdar" məsələsinin önə çıxdığını ifadə edib. Ruhani televiziya vasitəsilə verdiyi açıqlamada razılaşma ilə bağlı bir çox detalları açıqlamayıb. Avropa İttifaqı səlahiyyətliləri müzakirələrin oktyabrın 14-də Vyanada başlayacağını bildirib. Müzakirələrdə İranın uranı hansı nisbətdə zənginləşdirəcəyi mövzusu diqqət mərkəzində olacaq. Yekun razılaşma üçün son gün noyabr 24-ü olaraq təyin olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr