Cümhurbaşqanı Ərdoğan Bakıda sәfәrdәdir

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.

112740
Cümhurbaşqanı Ərdoğan Bakıda sәfәrdәdir

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Daha sonra görüş , nümayәndә heyәtinin iştirakı ilә geniş tәrkibdә davam etdirilib.
Sәfәrdә Ərdoğanı xarici işlər naziri Mövlutd Çavuşoğlu, Milli Müdafiə naziri İsmət Yılmaz və Energetika və Təbii Sәrvәtlәr naziri Taner Yıldız müşayiǝt edir.
Görüşlәrdәn sonra iki ölkә başçısı birgə mətbuat konfransı keçirәcәk.
Sonra cümhurbaşqanı Ərdoğan Heydər Əliyevin mәzarını və Türk әsgәrlәrinin şəhidlәr kompleksini ziyarət edәcәk.
Azərbaycan sәfәrindәn sonra isә Ərdoğan NATO-un zirvə toplantısında iştirak etmәk üçün Uelsə yola düşәcәk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr