İŞİD-ә ağır zәrbә

İŞİD silahlılarının Şimali İraqa irəliləməlәrinin qarşısı alınıb.

95911
İŞİD-ә ağır zәrbә

İŞİD silahlılarının Şimali İraqa irəliləməlәrinin qarşısı alınıb. Mosul su Anbarına nәzarәt isә yenidәn әlә keçirilib.
Bu məlumatları ABŞ prezidenti Barak Obama, təşkil etdiyi mətbuat konfransında verib.
Kürd və İraq qüvvələrinin İŞİD-ә qarşı mübarizәdә әmәkdaşlıq etdiklәrinә diqqət çəkәn Barak Obama, bunun gәlәcәk baxımından әhәmiyyәtli addım hesab olduğunu vurğulayıb.
Ağ Evdə mətbuat konfransı təşkil edən Barak Obama, IŞİD ilə mübarizə də Amerika qüvvәlәrinin dəstəyi ilə Mosul Anbarına nәzarәtin yenidәn İraq qüvvəlәrinә keçdiyini, hava әmәliyyatları nәticәsindә isә İŞİD silahlılarının Şimali İraqda irәlilәyişinin dayandırıldığını bildirib.
İŞİD ilə mübarizədə bəzi çətinliklərlә qarşı-qarşıya gәlindiyinә diqqət çəkən ABŞ Başçısı, prosesin zaman alacağını , ancaq hərbi varlığın bir müddәt davam edəcəyini qeyd edib.
İraq xalqına istiqamətli yardımlara da toxunan Barak Obama, İngiltərə, Kanada, Fransa, İtaliya və Avstraliya ilə birlikdə qida mәhsulları yardımlarının davam edәcәyini deyib.
Abadi başçılığında atılan konkret addımları yüksәk qiymәtlәndirәn Barak Obama yeni hökumәtin formalaşdırılmasına dair işlәrin sürәtlә aparılmasının vacibliyini söylәyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr