Şərifə 48 saat möhlәt

Pakistan Ədalət Hərəkatı Partiyasının lideri İmran Xan, "Baş nazir Navaz Şərif 48 saat әrzindә istefa etməzsə, reformçu gənclərin Başbakanlık binasına irəliləmәlәrinin qarşısını ala bilmiyәcәyik " deyib.

94059
Şərifə 48 saat möhlәt

Pakistan Ədalət Hərəkatı Partiyasının lideri İmran Xan, "Baş nazir Navaz Şərif 48 saat әrzindә istefa etməzsə, reformçu gənclərin Başbakanlık binasına irəliləmәlәrinin qarşısını ala bilmiyәcәyik " deyib.
Pakistan Ədalət Hərəkatı Partiyası və Pakistan Xalq Hərəkatı Partiyasının 4 Avqustda başlatdığı hökumət əleyhdarı etiraz aksiyaları davam edir. Şəhərin Aabpara bölgəsində tәşkil edilәn aksiyalarda "Get Navaz get" şüarları sәslәndirilir. Havadarlarına , '' Sizin hәyәcanınızı, cəsarət və vətənpәrvәrliyinizi müşahidә edirәm. Əgər bir az daha gözlәyәrsәniz yeni Pakistanı inşa edəcəyik'' deyə səslənən Pakistan Ədalət Hərəkatı Partiyasının lideri İmran Xan, xalqa çağırış edib ki vergi ödәmәsinlәr.
'' Navaz Şərif hökümәt başçısı olduğu müddətcə irәli addım atmamız geyri mümkündür. Çünki bu hökumət borc alaraq öz ciblərini doldurur” deyәn İmran Xan, inflyasiya nisbәti artırılaraq borcların ödənmәsinә sәy edildiyini vurğulayıb.
Pakistan Xalq Hərəkatı lideri Tahir-ul Qədri də, Baş nazir Şərif iqtidarının ölkə üçün təhlükəli olduğunu qeyd edib.
Daxili İşlər naziri Nisar Əli Xan da təşkil etdiyi mətbuat konfransında, müxalifətlə danışıqlara hazır olduqlarını, İmran Xan və Tahir-ul Qədri ilə ayrı-ayrılıqda görüşəcək iki komitə yaradılacağını bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr