Atәşkәsin bitmәsinә az bir vaxt qalmış Fәlәstinlilәrin ümidsiz

Qəzzadakı son atəşkəsin bitməsinə az bir vaxt qalmış İsrailin qarşılıqlı razılaşmaya yanaşmaması Fələstin tərəfinin ümidlərini azaldır.

94052
Atәşkәsin bitmәsinә az bir  vaxt qalmış Fәlәstinlilәrin ümidsiz

Qəzzadakı son atəşkəsin bitməsinə az bir vaxt qalmış İsrailin qarşılıqlı razılaşmaya yanaşmaması Fələstin tərəfinin ümidlərini azaldır.
5 günlük son atəşkəs, bu gün axşam başa çatacaq. Misirin dırnaqarası vasitәçiliyi ilə Qahirədə bilvasitə olaraq davam etdirilən danışıqlar, İsrailin "Qəzzadakı mühasirәyә son qoymaması" sәbәbindәn demәk olar ki nәticәsiz sona çatacaq hal alıb. İsrail hökuməti, Qəzzadakı mühasirənin sona çatmasını istәmir.
Bilvasitə danışıqlara paytaxt Qahirədə ev sahibliyi edən Misirli dırnaqarası vasitәçilәr mühasirəyә son qoyulmasını tәklif etmәkdәn imtina edirlәr. İsrailin bir digər şərti də Həmasın tәrk silah etmәsidir.
İsrail hökumәti deyir ki, yalnız Həmas deyil, Qəzzada müdafiə məqsədli belə olsa heç kimdə bir әdәd silah belə olmayacaq.
İşğalçı hökumətin baş naziri Binyamin Netenyahunun "mühasirə qaldırılsa Həmas masa başında zəfər qazanar" sözləri, İsrailin problemin hәllini istimәdiniyinin göstәricisidir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr