Pakistanda Baş nazir Şərifə cinayət işi açılıb

Pakistanda Lahor Ali Məhkəməsi, Baş nazir Navaz Şərif də olmaqla, 19 nəfərə cinayət işi açılmasına qərar verib.

93414
Pakistanda Baş nazir Şərifə cinayət işi açılıb

Pakistanda Baş nazir Şərifə cinayət işi açılıb.
Pakistanda Lahor Ali Məhkəməsi, Baş nazir Navaz Şərif də olmaqla, 19 nəfərə cinayət işi açılmasına qərar verib.
Məhkəmə, iyun ayının 17-si Lahor şəhərində Pakistan Xalq Hərəkatı Partiyası tərəfdarları ilə polis arasında çıxan qarşıdurmada 14 vətəndaşın öldürülməsiylə əlaqədar, cinayət işi açılmasını istəyib.
Siyahıda, Pakistan baş naziri Navaz Şərif, Pəncab əyaləti Baş naziri Şahbaz Şərif, Daxili İşlər naziri Nisar Əli Xanın da adları var.
Qeyd edək ki, iyun ayının 17-də, Lahorda, Pakistan Xalq Hərəkatı Partiyası tərəfdarları ilə polis arasında çıxan qarşıdurmada 14 nəfər həyatını itirib, təxminən 90 nəfər isə yaralanmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr