"İsrail mərhəmətsiz izlər buraxdı"

Peter Maurer, İsrailin bir aydır Qəzza Zolağına istiqamətli davam edәn hücumları nәticәsindә silinmәsi çətin və mərhəmətsiz izlər buraxdığını qeyd edib.

81446
"İsrail mərhəmətsiz izlər buraxdı"

Beynəlxalq Qızıl Xaç Komitəsinin rәhbәri Peter Maurer, İsrailin bir aydır Qəzza Zolağına istiqamətli davam edәn hücumları nәticәsindә silinmәsi çətin və mərhəmətsiz izlər buraxdığını qeyd edib. Maurer, Qəzza Zolağındakı Şəfa Xəstəxanasında ötәn gün tәşkil etdiyi mətbuat konfransında "Qızıl Xaç, yalnız İsrail hücumları nәticәsindә yaranan problemlәri aradan qaldırmaqla kifayәnlәnmәyәcәk eyni vaxtda yaralıların və xəstələrin ailələrinә dә yardım edәcәk deyib. Qəzzada hәr tәri gəzdim və problemlәri, ağrıları yaxından müşahidә etdim. Xəstəxanada xəstələr və həkimlərlə görüşdüm. Dәhşәtamiz vәziyyәt hökm sürür” deyәn Maurer, Fәlәstinli qurbanların çəkdiklәri ağrıları danışmaq üçün deyil, bölgədəki xəstəxanalara kömək və dəstəkdə olmaq üçün Qəzzada olduğunu vurğulayıb. 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr