"Türkiyə hər zaman Türkmənlərin yanındadır"

Xarici İşlər naziri Əhməd Davudoğlu ilə görüşən Salehiyə Türkiyənin hər zaman Türkmənlərin yanında olduğu xatırladılıb.

76978
"Türkiyə hər zaman Türkmənlərin yanındadır"

İraq Türkmən Cəbhəsi Başçısı Erşad Salehi Türkmənlərin son vəziyyətini müzakirə etmək üçün Ankarada bir sıra görüşlər keçirib.
Xarici İşlər naziri Əhməd Davudoğlu ilə görüşən Salehiyə Türkiyənin hər zaman Türkmənlərin yanında olduğu xatırladılıb.
Erşad Salehi dünən əvvəl Xarici İşlər Nazirliyi müşaviri Feridun Sinirlioğlu ilə görüşüb, axşam saatlarında isə Xarici İşlər naziri Əhməd Davudoğlu ilə bir araya gəlib.
Təşkil edilən ortaq mətbuat konfransında Davudoğlu, Türkmənlər mövzusunda Türkiyənin mövqeyinin dəqiq olduğunu ifadə edib.
Davudoğlu, İraqdakı Türkmənlərin ehtiyaclarının qarşılanmasının Türkiyənin ən əsas vəzifəsi olduğunu qeyd edərək “İraq Türkmənləri sahibsiz deyil və Türkiyǝ humanitar yardım mövzusunda hər hansı bir başqa quruma müraciət etmək məcburiyyətində deyil”deyə bildirib.
Davudoğlu, İraqda evlərini tərk etmək məcburiyyətində qalan Türkmənlər üçün Fişaburda 40 min nəfərlik bir düşərgə yaradıldığını da qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr