İraqda şiddətli hadisələr dayanmaq bilmir

3 partlayışda 9 nəfər ölüb 20-dən çox insan isə yaralanıb.

66834
İraqda şiddətli hadisələr dayanmaq bilmir

İraqda şiddətli hadisələr dayanmaq bilmir.
İraq hərbi hava qüvvələrinin Bağdadın şimalındakı Havice qəsəbəsinə təşkil etdiyi hava hücumu nəticəsində 10 nəfər həyatını itirib. Ölənlər arasında bir ana ilə 3 uşağının olduğu da bildirilir.
Bu arada bölgədə İraq Şam İslam Dövləti təşkilatı xadimləri ilə sünni tayfaların münasibətlərinin gərginləşdiyi deyilir. Bağdadda İraq Şam İslam Dövləti təşkilatı xadimləri tərəfindən 3 terror aktı həyata keçirilib. Bir neçə dəqiqə fasilə ilə törədilən 3 partlayışda 9 nəfər ölüb 20-dən çox insan isə yaralanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr