Qara qutular Rusyadadır

Ukraynada vurulan Malayziyanın sərnişin təyyarəsinin qara qutuları olduğu zənn edilən cisimlər Rusiya tərəfdarlarının əlindədir.

65815
Qara qutular Rusyadadır

Ukraynada vurulan Malayziyanın sərnişin təyyarəsinin qara qutuları olduğu zənn edilən cisimlər Rusiya tərəfdarlarının əlindədir. Donetskiyə aparılan cisimlərin həqiqətən qara qutu olub olmadıqları hələ bilinmir. Bu arada ATƏT Rusiya tərəfdarlarının hadisə yerindən yığdıqları cəsədləri almaq üçün bölgəyə bir qatar göndərilməsini müzakirə edir. Hollandiyanın baş naziri Mark Ruttenin açıqlamasına görə isə Rusiya tərəfdarlarının yığdıqları cəsədlər yaxınlıqdakı bir qatar stansiyasının soyuq hava anbarı olan vaqonlarında saxlanılır. Kilometrlərlə geniş əraziyə yayılan cəsədlərin bir çoxu hələ də tapılmayıb. Bu arada sərnişinlərə aid əşyaların ətrafdan gələnlər tərəfindən qarət edildiyi də deyilir. Cəsədlərin şəxsiyyətlərinin müəyyən olunması üçün Hollandiyadan göndərilən bir qrupun da Donetskiyə getməsi gözlənilir. Ukrayna isə separatçıların hadisə yerindəki dəlilləri məhv etməyə çalışdıqlarını iddia edir. Donetskiyə gedən beynəlxalq mütəxəssislər də hadisə yerində apardıqları araşdırma işlərinin separatçılar tərəfindən məhdudlaşdırıldığını ifadə ediblər. Fransa, Almaniya və İngiltərə isə Rusiya prezidenti Vladimir Putindən beynəlxalq mütəxəssislərin hadisə yerinə sərbəst girib çıxa bilmələrinin təmin edilməsini istəyib. Hadisə nəticəsində 193 vətəndaşını itirən Hollandiyada cəsədlərin bir an əvvəl ölkəyə gətirilməsi üçün təzyiqlər artır. Qərb ölkələri və Ukrayna 298 sərnişini olan təyyarənin Rusiya tərəfdarı olan separatçılar tərəfindən vurulduğunu iddia edir. Separatçılar isə təyyarənin Ukrayna döyüş təyyarələri tərəfindən vurulduğunu bildirib. Rusiya prezidenti Vladimir Putin istintaq sona çatana qədər kimsənin qəti hökm verməməsinin lazım olduğunu vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr