Deputatlara yeri imtiyazlara reaksiya

Millət vəkillərinin әmәk haqlarının artırması ölkәdә reaksiya ilә qarşılanıb.

132132
Deputatlara  yeri imtiyazlara reaksiya

Əfqanıstan məclisinin, millət vəkillərinin әmәk haqlarını artırması ölkәdә reaksiya ilә qarşılanıb.
Əfqan xalqı, millət vəkillərinə yeni imtiyazlar doğuran qanun layihəsinin qəbul edilməsinə sәrt reaksiya veriblәr.
Qanuna görə, məclisdə tәmsil edilәcәk vә ya vәzifәsi sona çatan hәr bir deputat, ömür boyu diplomatik pasport sahibi ola bilәcәk vә Ayda 3 min 400 dollar maaş alacaq.
Ölkə əhalisinin 80 faizinin yoxsulluqla mübarizə etdiyi Əfqanıstanda xalq ilә yanaşı bәzi millәt vәkillәri dә tәsdiq edilәn qanun layihәsindәn etiraz ediblәr.
Qanunun Əfqanıstanın milli mənfəətinə və konstitusiyaya zidd olduğunu ifadə edən millət vəkilləri, müəllim әmәk haqqı 100 dollar olan bir ölkədə millət vəkillərinә bu qədər çox maaş ödәnmәsini müsbәt qarşılamadıqlarını sәslәndiriblәr.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr