Eroğlu ilə Anastasiadis neytral bölgədə bir araya gǝlib

Qıbrıs probleminə daimi həll tapılması üçün başladılan müzakirələr davam edir.

120514
Eroğlu ilə Anastasiadis neytral bölgədə bir araya gǝlib

Qıbrıs probleminə daimi həll tapılması üçün başladılan müzakirələr davam edir.
Şimali Qıbrıs Türk Cümhuriyyǝti Prezidenti Derviş Eroğlu ilə Cənubi Qıbrıs Rum Rəhbərliyi lideri Nikos Anastasiadis Qıbrıs müzakirələri çərçivəsində bu gün neytral bölgədə bir araya gǝlib.
Birləşmiş Millətlər Təşkilatının Baş katibinin Qıbrıs üzrǝ xüsusi nümayəndəsi Lisa Buttenheimın ev sahipliyindǝ keçirilǝn görüşǝ, müzakirəçilərdən Qüdrət Özersay və Andreas Mavroyannis ilə iki tərəfin nümayəndə heyətləri də qatılıb.
Hələ də davam edən görüşdə Avropa İttifaqı, vətəndaşlıq və etimadı artırıcı tədbirlərǝ dair mövzuların müzakirǝ edilmǝsi gözlənilir.
Rum tərəfi daha öncǝki görüşdə yeni bir keçid mǝntǝqǝsi açılmasını gündəmə gətirmişdi.
Bu mövzu da gündǝmǝ salınacaq mövzular arasındadır.
Görüşdə, müzakirə prosesinin bundan sonrakı mərhələlərindǝn dǝ danışılacaq.
11 Fevralda yenidən başlayan Qıbrıs müzakirələri beş aydır davam edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr