Suriyalı Türkmənlərdən kömək çağırışı

Suriyalı Türkmənlər Ramazan ayında çәtin günlәr keçirirlәr.

118985
Suriyalı Türkmənlərdən kömək çağırışı

Suriyalı Türkmənlərdən kömək çağırışı
Suriya Türkləri Dərnəyinin baş katibi Əhməd Zevir, yardımların azalması səbəbiylə Ramazan ayını çox çətin şәraitdә keçirdiklərini bildirib.
Suriyanın bir çox bölgəsində qida vә təməl ehtiyac vəsaiti tәmin etmәnin hәr keçәn gün imkansız hal aldığını, xalqın daha tәhlükәsiz bölgələrə kaçışının davam etdiyini ifadə edən Zevir, Ramazan ayının başlamasıyla ehtiyacların artdığını, son bir həftə әrzindә bölgәyә çatan 4 yük maşını yardım vәsaitini isә payladıqlarını, ancaq yardımların azalması səbəbiylə Ramazan ayında çətinlik çәkdiklәrini vurğulayıb. O, әllәrinә çatan yardımları sərhədin digər tərəfinə göndәrdiklәrini, Lazkiyə çölündə yaşayan 50 min Suriyalının, yardım gözlәdiyini, içməli su, qida, dərman və çadıra zәrurәt olduğunu bildirib.
Zevir, Lazkiyedeki bir neçə nöqtədә yeni çadır şəhərcik qurma işlәrinin başladığını da sözlәrinә әlavәt edәrәk müsәlman alәminә tәcili yardım göndәrmәlәri haqqında çağırış edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr