XİN: Xǝbǝrin ǝsası yoxdur, yalandır

Xarici İşlər Nazirliyi, Türkiyə ilə Ermənistan arasındakı Əlican sərhəd-keçid mǝntǝqisinin açılacağına dair iddiaları tǝkzib edib.

118169
XİN: Xǝbǝrin ǝsası yoxdur, yalandır

Xarici İşlər Nazirliyi, Türkiyə ilə Ermənistan arasındakı Əlican sərhəd-keçid mǝntǝqisinin açılacağına dair iddiaları tǝkzib edib.
Nazirliyin sözçüsü, ötǝn gün mövzuyla əlaqədar bir suala verdiyi cavabda bildirib ki, Əlican keçid mǝntǝqisinin açılacağına dair bir qəzetdə yer tutan xǝbǝrin ǝsası yoxdur, yalandır.
Türkiyə-Ermənistan sərhədinin, Ermənistanın Azərbaycan torpaqlarını işğalı qarşısında 1993-cü ildə bağlanıldığını xatırladan sözcü qeyd edib ki, barǝsindǝ danışılan sərhəd mǝntǝqǝsinin açılması ancaq Cənubi Qafqazda hərtərəfli və ǝlaqǝlǝrdǝ daimi bir normallaşmaya imkan yaradacaq addımlar çərçivəsində gündəmə gǝlǝ bilǝr.
Sözçü, Ermənistanın bütün qonşuları ilə problemlərini həll etmə iradəsini göstərməsi və buna görə addımlar atmasının bu mövzuda istiqamǝtlǝndirici fakt olacağını vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr