İsrail ilә Fәlәstin arasında gәrginlik davam edir

Üç İsrail vәtәndaşının İyunun 12-dә itkin düşmәsinin ardından İsrail ilә Fәlәstin arasında gәrginlik davam etmәkdәdir

111091
İsrail ilә Fәlәstin arasında gәrginlik davam edir

Üç İsrail vәtәndaşının İyunun 12-dә itkin düşmәsinin ardından İsrail ilә Fәlәstin arasında gәrginlik davam etmәkdәdir.
İsrail müdafiә nazirliyindәki mәnbәlәr Qәzzadan İsrailә raket hücumları tәşkil olunduğunu bildirib. Qәzzadan atılan iki raket İsrailin cәnubundakı bir fabrikә düşüb. Hadisә nәticәsindә baş verәn güclü yanğında bir İsrail vәtәndaşı yaralanıb.
Qeyd edәk ki, İyunun 12-dә üç vәtәndaşının itkin düşmәsinin ardında Hәmasa qarşı hücumlarını artıran İsrail Cümә günü Qәzzaya aviazәrbә tәşkil edib. Hadisәdә iki Fәlәstinli hәyyatını itirib, 5-i yaralanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr