Davudoğlu İraqlı rәsmilәr ilә görüşüb

Xarici işlәr naziri әhmәd Davudoğlu ilә İraqlı rәsmilәr arasında danışıqlar davam edir.

110455
Davudoğlu İraqlı  rәsmilәr ilә görüşüb

Xarici işlər naziri Əhməd Davudoğlunun İraqda cәrәyan edәn hadisәlәr ilә bağlı telefon danışıqları davam edir.
Nazir Davudoğlu İraq Kürd Regional Rəhbərliyinin başçısı Məsud Bərzani və İraq Məclis sədri Usamə Nuceyfi ilə ötәn gün telefon vasitәsi ilә görüşüb.
Nazirliyinin mәlumatına әsasәn, Davudoğlu ilә Məsud Bərzani arasında baş tutan görüşdә, Şimali İraqdakı Regional Rəhbərliyin baş naziri Neçirvan Bərzaninin Türkiyəyә etdiyi sәfәr və İraqda cәrәyan edәn son proseslәr tәhlil edilib.
İraq Məclis sədri Nuceyfi ilə keçirilәn telefon danışığında isә seçkilərdәn sonra, yeni parlamentin tәcili olaraq vəzifəyə başlaması və siyasi prosesin tәdbiqinә dair mövzular qiymәtlәndirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr