Bağdad istiqamətində hücümlar dayandırılıb

İraqda İŞİD quruplaşmasının Bağdad istiqamətində hücümlarını dayandırmaq mümkün olub.

108962
Bağdad istiqamətində hücümlar dayandırılıb

İraqda İŞİD quruplaşmasının Bağdad istiqamətində hücümlarını dayandırmaq mümkün olub. Lakin bununla yanaşı İŞİD üzvüləri Diyala bölgəsində irəliləməyi davam edirlər. Hətta Türkmen qəsəbəsi Mansuriyenin İŞİD-çilərin əlinə keçdiyi iddia edilir.Mosulun Karakuş məhəlləsində peşmerge ilə İŞİD-çilər arasındakı şiddətli qarşıdurmalar da davam edir.

İŞİD silahlılarının Mosul ətrafındakı məhəllə, qəsəbə və kəndlərə hücumu nəticəsində minlərlə insanın Ərbilə qaçışı davam edir. Bu arada Suriya təyyarələrinin Qaim şəhərində İŞİD mövqelərini bombalamasına Amerika Birləşmiş Ştatlarından reaksiya gəlib. Dövlət katibi Con Kerri başqa ölkələrin məsələyə qarışmasının, bölgədə daha geniş diametrli qarşıdurmalara yol açacağı xəbərdarlığını edib. Amerikalı rəsmilər İranın da Bağdadda bir aerodromdan, insansız hava vasitələri ilə kəşfiyyat məlumatları topladıqlarını iddia edirlər. Hadisələrin bu cür cəriyan etdiyi bir vaxtda İngiltərə Xarici işlər Naziri Villiam Hague Bağdada sürpriz səfər edib. İngilis diplomatının elə bu gün də Ərbilə gedəcəyidə planlaşdırılır. İraq parlamenti isə çərşənbə axşamı yeni prezidenti seçmək üçün toplanacaq. Prezident seçkilərindən sonra 15 gün müddətində yeni baş nazirin təyinatı gözlənilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr