Qırğızıstan ilә Türkiyә arasında әkәmdaşlıq müqavilәsi

Prezident Almazbәk Atambayev Gvül vә әrdoğan ilә bir araya gәlib.

82022
 Qırğızıstan ilә  Türkiyә arasında әkәmdaşlıq müqavilәsi

Qırğızıstan prezidenti Almazbek Atambayev, Bodrumda təşkil olunacaq Türk Dilli ölkələrin Əməkdaşlıq Şurasının 4-cü zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə səfər edib. Səfər şərçivəsində Ankaranın Çankaya Köşkündə prezident Abdullah Gül tərəfindən rəsmi qarşılanma mərasimi olub. Daha sonra təkbə-tək görüş keçirilib. Atambayev, Türkiyə-Qırğızıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci yığıncağına Baş nazir Rəcəb Tayyib Ərdoğan ilə birlikdə başçılıq edəcək. İki ölkə arasında bir sıra sahələrdə müqavilələr imzalanacaq. Daha sonra mətbuat konfransı təşkil olunacaq. Çankaya Köşkündə Atambayevin şərəfinə nahar verilib.
Atambayev, daha sonra baş nazir Ərdoğan ilə bir araya gəlib. İki lider danışıqlardan sonra Türkiyə-Qırğızıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Toplantısına qatılıb.
Yığıncaqdan sonra əməkdaşlıq protokolu imzalayan iki lider, mətbuata açıqlama verib.
Baş nazir Ərdoğan, Qırğızıstanın inkişaf yolunda irәlilәdiyini, bu prosesdә iki ölkә arasındakı siyasi , hərbi , iqtisadi , ticarәt , mədəni , təhsil sahәsindә əlaqələrin möhkәmlәşdiyini qeyd edib.
Hazırda Qırğızstan ilә Türkiyә arasındakı ticarәt dövrüyәsinin 426 milyon dollar olduğunu ifadә edәn Әrdoğan, әsas hәdәfin bu rәqәmi 2015-ci ilin sonuna dәk bir milyard dollara çıxarmaq olduğunu vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr