Davudoğlu, Nuceyfi ilә görüşüb

İraq milli məclisinin sədri Osama Nuceyfi vә İraq İslam Partiyasının lideri Ayad Samarrai Ankarada görüşlәr keçirib

81409
Davudoğlu, Nuceyfi ilә görüşüb

 Xarici işlər naziri Əhməd Davudoğlu, İraq milli məclisinin sədri Osama Nuceyfi vә İraq İslam Partiyasının lideri Ayad Samarrai ilə ötәn gün Ankarada bir araya gəlib.
Diplomatik qaynaqlardan әldә edilәn mәlumata görә, xarici işlər nazirliyindә baş tutan vә təxminən 2 saat davam edən danışıqlarda , İraqın daxili siyasəti və yeni hökumәti formalaşdırma mövzusu müzakirә edilib. Davudoğlu, İraqdakı sabitlik və ərazi bütövlüyünə Türkiyənin dәstәyinin davam etdiyini vurğulayıb.
İraq milli mәclisinin sәdri Nuceyfi Ankaraya sәfәri çәrçivәsindә baş nazir Rəcəb Tayyib Ərdoğan ilə də görüşüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr