Әrdoğan, Putinlǝ telefonla danışıb

Görüşdǝ, iki ölkǝ arasındakı ǝlaqǝlǝrlǝ yanaşı, Ukraynada keçirilǝn prezident seçkilǝri başda getmǝklǝ beynǝlxalq mǝsǝlǝlǝr haqqında fikir mübadilǝsi aparıldığı bildirilib.

77749
 Әrdoğan, Putinlǝ telefonla danışıb

Baş nazir Rǝcǝb Tayyib Әrdoğan, Rusiya prezidenti Vladimir Putin ilǝ ötǝn gün telefonla danışıb.
Baş Nazirliyin mǝlumatına ǝsasǝn görüşdǝ, iki ölkǝ arasındakı ǝlaqǝlǝrlǝ yanaşı, Ukraynada keçirilǝn prezident seçkilǝri başda getmǝklǝ beynǝlxalq mǝsǝlǝlǝr haqqında fikir mübadilǝsi aparıldığı bildirilib.
Әrdoğanın, Ukraynadakı seçki nǝticǝlǝrinǝ hörmǝtlǝ yanaşılmasının vǝ problemlǝrin dialoq vasitǝsilǝ hǝllini tapmasının böyük ǝhǝmiyyǝt daşıdığına diqqǝt çǝkdiyi qeyd edilib.
Krım Muxtar Bölgǝsindǝ yaşayan Krım tatarlarının haq vǝ hüquqlarının qorunmasının Türkiyǝ üçün böyük ǝhǝmiyyǝt daşıdığını vurğulayan Әrdoğan bildirib ki, Krım Tatarlarının haq vǝ statuslarının Krım Tatar Milli Mǝclisinin dǝ daxil olduğu bir proses çǝrçivǝsindǝ müzakirǝ edilmǝsi vacibdir. Bu çǝrçivǝdǝ, Krım Tatarlarının lidǝri Mustafa Әbdülcǝmil Kırımoğluna tǝtbiq edilǝn qadağan qǝrarının lǝğv edilmǝsi vǝ Krım Tatar Milli Mǝclisinin sǝdri Rǝfat Çubarov ilǝ görüş keçirilmǝsi müsbǝt addım olacaqdır.
Açıqlamada o da bildirilib ki, iki lidǝr Suriya mǝsǝlǝsinǝ dǝ toxunublar, Әrdoğan bu barǝdǝ isǝ deyib ki, Türkiyǝ Suriyadakı ölüm hadisǝlǝrinin başa çatmasını arzu edir. Dǝmǝşq rǝhbǝrliyinin hakimiyyǝtdǝ qala bilmǝk üçün radikal terror tǝşkilatlar ilǝ ǝmǝkdaşlığa üz tutmasından qaynaqlanan tǝhdidlǝr qarşısında birgǝ hǝrǝkǝt edilmǝlidir.
Әrdoğan vǝ Putinin, iki ölkǝ arasındakı ǝmǝkdaşlığın strateji önǝminǝ işarǝ edǝrǝk, enerji sahǝsindǝki ortaq layihǝlǝr başqa olmaqla, ticari vǝ iqtisadi sahǝlǝrdǝ razılıq ǝldǝ edilǝn layihǝlǝrin hǝyata keçirilmǝsinǝ üstünlük verdiklǝrini ifadǝ etdiklǝri bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr