İraqda 5 nəfər ölüb

İraqın Səlahəddin şəhərində baş verən qarşıdurmalarda 5 nəfər ölüb, 4-ü yaralanıb.

78103
İraqda 5 nəfər ölüb

Məlumatlara görə, Polis dəstələrinə qarşı bomba ilə yüklənmiş avtomobillə təşkil olunan hücumda 3 polis həlak olub, 2-si yaralanıb.
Ətrafdakı binalara xeyli miqdarda ziyan dəyib.
Bundan başqa İraq əsgərlərini daşıyan avtomobilə naməlum istiqamətdən açılan atəş nəticəsində 2 əsgər həlak olub, 2-si yaralanıb.
Hadisəyə görə məsuliyyəti heç kim üzərinə götürməyib.
Qeyd edək ki, qarşıdurmaların sıx-sıx baş verdiyi Səlahəddin şəhərində bir ildir ki, hökümətə qarşı nümayişlər keçirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr