Iraqda qarşıdurmalar sәngimir

Paytaxt Bağdadda terrorçu-kamikadze insanlar namaz qılmaq üçün məscidə getdikləri zaman özünü partladıb

75154
Iraqda qarşıdurmalar sәngimir

İraqda ötən gün törədilən terror aktları nəticəsində 23 nəfər ölüb, 40-ı yaralanıb. Paytaxt Bağdadda terrorçu-kamikadze insanlar namaz qılmaq üçün məscidə getdikləri zaman özünü partladıb. Nəticədə 19 nəfər ölüb, 29-u xəsarət alıb. Paytaxtın kənar məhəllələrindən Sədrdə isə meyvə qutusuna yerləşdirilən bombanın işə salınması 2 nəfərin ölümü, 5-nin yaralanması ilə nəticələnib. Dora bölgəsində patrul xidməti əməkdaşlarının avtomobili partladılıb. 2 nəfərin öldüyü, 6-nın xəsarət aldığı bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr