Üç ölkə arasında sıx əməkdaşlıq

Dövlət başçısı Abdullah Gül Tbilisidə keçirilən Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli görüşünün açılışındakı nitqində üç ölkə arasında sıx əməkdaşlığın olduğunu bildirib.

63063
Üç ölkə arasında sıx əməkdaşlıq

Dövlət başçısı Abdullah Gül Tbilisidə keçirilən Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli görüşünün açılışındakı nitqində üç ölkə arasında sıx əməkdaşlığın olduğunu bildirib.
Dövlət başçıları səviyyəsində 2007-ci ildə Bakı-Tbilisi-Qars dəmiryolunun təməlinin atılması mərasimində bir araya gəldiklərini xatırladan Gül Türkiyə, Azərbaycan və Gürcüstanın regional və beynəlxalq miqyaslı layihələr həyata keçirdiklərini deyib.
Gül bu üç ölkənin Qafqazda sabitlik və tərəqqiyə töhfə verdiyini və hər kəs tərəfindən təqdir edildiyini
Qafqazın yüksək dağlarını bir divar olmaqdan çıxararaq, bir qapı, bir əməkdaşlıq sahəsinə çevirdiklərini bildirən dövlət başçısı bundan məmnunlyyətini dilə gətirib. Azərbaycan prezidenti İlham Əliyev də Türkiyə-Azərbaycan-Gürcüstan arasında reallaşdırılan bu üçtərəfli görüşün bölgə və dünya üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
İlham Əliyev bu əməkdaşlığın təməlində ortaq beynəlxalq məqsədlərin dayandığını deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr