Əfqanıstanda ağrılı gözləyiş davam edir

Ab-Barik kəndində baş verәn torpaq sürüşmәsi nәticәsindә itkin düşәn 2500 nәfәrin sağ qalmalarına ümidlәr tükәnir.

62518
Əfqanıstanda ağrılı gözləyiş davam edir

Əfqanıstanın şimal-şərqindəki Badahşan vilayətinin qubernatoru Şah Vəli Adib, Arqu qәsәbәsinin Ab-Barik kəndində baş verәn torpaq sürüşmәsi nәticәsindә itkin düşәn 2500 nәfәrin sağ qalmalarına ümidlәrin tükәndiyini bildirib.

Təxminən min evinin olduğu kənddə bir neçə gündür güclü yağışların yağması nәticәsindә baş verәn torpaq sürüşmәsi, 300 evin yerlә yeksan olmasına sәbәb olub. Ziyan dәyәn bir çox ev isә yeni torpaq sürüşmәsi tәhlükәsi ehtimalına qarşı tәxliyә edilib.

Kəndin tәhlükәsiz bir bölgəsində toplanan xalq , axtarma vә xilas etmә dәstәlәrini və humanitar yardım gözləyir. Ancaq bölgədə son həftələrdə tәsiri artaraq yağmaqda davam edәn güclü yağışların yolları mәhv etmәsi sәbәbi ilә kəndə yardım çatdırıla bilmir.

Vitse prezident Muhammad Kәrim Xəlili, torpaq sürüşmәsi nәticәsindә dağılan Badahşan-ın Arqo qәsәbәsinin Ab-Barik bölgəsində artıq axtarma vә xilas etmә fәaliyyәtlirinә son qoyulduğunu, fәlakәt bölgәsini kütləvi məzarlığa çevirәcәklәrini bildirib.

Türk Əməkdaşlıq Koordinasiya Agentliyi, Hümanitar Kömək Fondu, və Dünya Qida Proqramı başda olmaqla , çox sayda humanitar yardım təşkilatı isә fәlakәtzәdәlәrә yardım çatdırmağa çalışır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr