İraqda qanlı hadisәlәr artaraq davam edir

Sabah parlament seçkilәrinin keçirilәcәyi İraqda şiddәt hadisәlәri artır.

61615
İraqda qanlı hadisәlәr artaraq davam edir

Sabah parlament seçkilәrinin keçirilәcәyi İraqda şiddәt hadisәlәri artır. Ölkənin müxtəlif bölgәlәrindә hәyata keçirilәn hücumlarda 50-dən çox adam hәyatını itirib.

Bağdadın şimal-şərqində yerlәşәn Xanakın şəhərində, seçki mitinqi əsnasında təşkil edilən bombalı hücumda 30 nәfәr hәyatını itiirib 50 nәfәr xәsarәt alıb.

Bağdad, Tuzxurmatu və Kərkükdəki seçki mәntәqәlәrinin hədəf götürüldüyü hücumlarda isә 21 nәfәr ölüb.

Digər tərəfdən sabah keçirilәcәk parlament seçkilәrinin təhlükəsizliyini təmin edəcək əsgər və polislər ilə sağlamlıq әmәkdaşları, vәzifәlәrin lәngimәmәsi sәbәbiylә ötәn gün sәs veriblәr.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr