Prezident Rəcəb Tayyib Ərdoğan Özbəkistanda görüşlərini başa vurub

Prezident Ərdoğan dünən Özbəkistanın paytaxtı Daşkənddəki rəsmi təmaslarından sonra səfərinin ikinci mərhələsi üçün hava yolu ilə Ürgəncə keçib.

1804584
Prezident Rəcəb Tayyib Ərdoğan Özbəkistanda görüşlərini başa vurub

Prezident Rəcəb Tayyib Ərdoğan Özbəkistanda görüşlərini başa vurub. 

Prezident Ərdoğan Özbəkistanı Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroat Mirziyoyevanı Ürgənc Beynəlxalq Hava Limanından yola salıb.

Qeyd edək ki, Prezident Ərdoğan dünən Özbəkistanın paytaxtı Daşkənddəki rəsmi təmaslarından sonra səfərinin ikinci mərhələsi üçün hava yolu ilə Ürgəncə keçib.

Buradan quru yolu ilə tarixi şəhərə yola düşən Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroat Mirziyoyeva müşayiət edib.

İki lider və onları müşayiət edən heyətlərin “İçan qalası” ərazisinə getdikləri zaman türk adət-ənənələrindən nümunələrlə qarşılanma mərasimi keçirilib.

Ərdoğan və Mirziyoyev "İçan qalası" hissəsindən gəzərək bölgədəki tarixi yerləri ziyarət ediblər.

Burada böyük maraqla qarşılanan Ərdoğan daha sonra Mirziyoyevin şərəfinə verdiyi şam yeməyinə qatılıb.



Әlaqәli Xәbәrlәr