“Qəzza uşaqlarının daimi qorxu içində yaşaması normal deyil”, C.Elder

Ceyms Elder sözügedən mövzu ilə bağlı deyib ...

2153643
“Qəzza uşaqlarının daimi qorxu içində yaşaması normal deyil”, C.Elder

 

  Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder İsrailin hücumları üzündən Qəzza zolağında uşaqların daimi qorxu içində yaşamasının təbii olmadığını bildirib.

  Yüksək temperatur və çadırlarda ailələrin artması səbəbindən Qəzzada uşaqların vəziyyəti günü-gündən pisləşir.

  Ceyms Elder sözügedən mövzu ilə bağlı deyib: “Qəzza zolağının cənubundakı Rəfah şəhərində didərgin düşmüş fələstinlilərin vəziyyəti ağırdır. Təcili ərzaq yardımı etdiyimiz 3 min uşaq var idi və onların hazırda harada olduqlarını bilmirik. Qəzzada 250 gündən çox davam edən müharibədən sonra bölgə sakinləri yardımların daxil olmasına davam edən məhdudiyyətlərlə əlaqədar uşaqları üçün yemək tapmaqda böyük çətinlik çəkir.

  Qəzzalı uşaqların daim qorxu içində yaşaması, bir tədris ili məktəbə gedə bilməməsi və İsrailin bombardmanları səbəbindən yata bilməməsi normal deyil”.

  Qey edək ki, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi (UNRWA) İsrailin yardımların girməsinə mane olduğu Qəzzada kəskin qida çatışmazlığı üzündən 50 min uşağın müalicəyə ehtiyacı olduğunu bildirib: “UNRWA qrupları ailələrə yardım çatdırmaq üçün fasiləsiz çalışır, lakin Qəzzada vəziyyət fəlakətdir, təcili atəşkəs olmalıdır”.

  Bu arada, “Həmas” bəyanat verərək İsrail tərəfindən həyata keçirilən etnik təmizləmə və soyqırım hücumlarına qarşı Fələstin xalqına humanitar yardım səylərinin gücləndirilməsinə çağırıb.



Әlaqәli Xәbәrlәr