Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (13 dekabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 518 yoluxma faktı qeydə alınıb.

1746867
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (13 dekabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 518 yoluxma faktı qeydə alınıb, 871 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 604 min 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 577 min 135 nəfər müalicə olunaraq sağalıb, 8 min 104 nəfər vəfat edib. Aktiv xəstə sayı 19 min 759 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 510, bu günə qədər isə ümumilikdə 5 milyon 683 min 256 test icra olunub.

Dekabrın 13-də Azərbaycanda 8 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 2 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 894 min 80, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 120 min 575, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 617 min 228 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 156 min 277 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr