Azərbaycandan Ermənistana ağır zərbə

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi,  hərbi və digər döyüş texnikası məhv edilib.

1501947
Azərbaycandan Ermənistana ağır zərbə

Oktyabrın 3-də gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi,  hərbi və digər döyüş texnikası məhv edilib.

Sentyabrın 27-dən oktyabrın 2-si saat 20.00-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

- 230-dək tank və digər zirehli texnika;

- 250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

- 38 ədəd hava hücumundan müdafiə vasitələri;

- 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

- 7 silah-sursat anbarı;

- 130-dan artıq avtomobil texnikası;

- 1 ədəd “S-300” zenit-raket kompleksi.



Әlaqәli Xәbәrlәr