Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

1465041
Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, dövlət başçısı müqəddəs Qurban bayramı münasibətilə Rəcəb Tayyib Ərdoğanı və qardaş Türkiyə xalqını təbrik edib, Türkiyə Prezidentinə möhkəm cansağlığı və Türkiyə xalqına firavanlıq arzularını çatdırıb.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində Azərbaycan Prezidenti və xalqına bayram münasibətilə ən xoş arzularını çatdırıb.

Söhbət zamanı Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin gündən-günə inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib. Dövlət başçıları bu günlərdə Azərbaycanın müxtəlif bölgələrində Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin uğurla keçirildiyini vurğulayıb, bunu Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü kimi dəyərləndiriblər.

Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində Ermənistanın hərbi təxribatı nəticəsində baş vermiş hadisələrlə əlaqədar Türkiyə Prezidentinin göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib.

Dövlət başçıları əməkdaşlığımızın müxtəlif sahələrdə uğurlu inkişafının perspektivləri ilə bağlı məsələləri də müzakirə ediblər.

Prezident Ərdoğan, Oman sultanı Heysem bin Tarık və Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov ilə də telefonla danışıb.
Liderlərin Qurban bayramını qarşılıqlı təbrik etdikləri telefon söhbətlərində ikitərəfli münasibətləri inkişaf etdirmək və regional məsələlərdə əməkdaşlığı gücləndirmək əzmləri vurğulanıb.



Әlaqәli Xәbәrlәr