10 dekabr Ümumdünya İnsan Hüquqları günüdür

Bu gün - dekabrın 10-u Ümumdünya İnsan Hüquqları günü olaraq qeyd olunur

864969
10 dekabr Ümumdünya İnsan Hüquqları günüdür

Bu gün - dekabrın 10-u Ümumdünya İnsan Hüquqları günü olaraq qeyd olunur.” Bütün insanlar azad və bərabərdir” tezisinə əsaslanan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 63 il əvvəl, 10 dekabr 1948-ci ildə  bu günü Ümumdünya İnsan Hüquqları Günü  olaraq qəbul etdi. Türkiyə1949-ci ilin aprel ayında Birləşmiş Millətlər Təşkilatının Bəyannaməsini təsdiq etdi. 1949-cu ildən etibarən Türkiyədə  də, dünyada olduğu kimi İnsan Hüquqları Günü hər il dekabrın 10-da qeyd edilir. İnsan Hüquqları Gününün bütün dünyada qeyd olunması təbii ki, eyni zamanda, insan haqları şüurunun artması sayəsində olmuşdur. İkinci dünya müharibəsində ambisiyalarının əsiri olan diktatorların dünyanı uçurumun astanasına qədər gətirməsi milyonlarla insanın müharibə, deportasiya, soyqırım və qətliama məruz qalması, insan  hüquqlarının beynəlxalq ictimaiyyət tərəfindən tanınmasını və təminatını zəruriləşdirdi. Günümüzdə qlobal müharibələr olmasa da, İraq, Suriya kimi bölgələrdə baş verən qarşıdurmalar nəticəsində  insan haqlarının kobud və açıq-aşkar pozulmalarına BMT kimi beynəlxalq təşkilatlar son qoymağa çalışırlar. Dünyanın harasında olursa olsun, qarşıdurma, iğtişaşlar və terror mənşəli insan haqları pozuntularının aradan qaldırılmasını arzulayırıq.



Әlaqәli Xәbәrlәr