Xocalı qətliamına həsr edilmiş silsilə tədbirlər davam edir

Xocalı qǝtliamı Ankara vǝ İzmir şǝhǝrlǝrindǝ keçirilǝn müxtǝlif tǝdbirlǝrlǝ yad edildi.

441345
Xocalı qətliamına həsr edilmiş silsilə tədbirlər davam edir

Türkiyǝnin müxtǝlif şǝhǝrlǝrindǝ olduğu kimi Xocalı qǝtlimanın 24-cü ildönümü İzmir şǝhǝrindǝ dǝ unudulmadı.

İzmir şǝhǝrindǝki Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi Ermenistan tǝrǝfindǝn hǝyata keçirilən Xocalı qətliamının 24-ci ildönümü münasibətilə "Xocalı Soyqırımı" adlı konfrans keçirdi.

Azərbaycandan gǝlǝn millǝt vǝkili Aqil Abbasın da məruzəçi kimi iştirak etdiyi konfransa, Bayraqlı bələdiyyəsinin sədri Həsən Qarabağ və çox sayda qeyri-hökümǝt tǝşkilatının nümayəndəlǝri qatılıblar. Çıxışlardan əvvəl Xocalı qətliamında həyatını itirənlər və bütün şəhidlər sükutla yad edilib. Sonra isǝ Türkiyə və Azərbaycan himnləri sǝslǝndirilib.

Xocalı qətliamına şahid olduğunu qeyd edən Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin sǝdri Cəvahir Əhmədova baş verənlər haqqında bunları deyib, o gecə, 25-den 26-na keçən gecə Xocalıda yalnız insanlar qətlə yetirilmədi, canlı-cansız nǝ varsa hər şey qətlə yetirildi. Ağacından budağına, daşından torpağına, heyvanlarından insanına qədər hər şeyi mǝhv etdilǝr. O gecə Xocalıda insanların nalǝsi, heyvanların səsi, ağacların fəryadı yer üzünü bürüdü. O gecə Xocalıda körpələr qətlə yetirildi, uşaqlar öldürüldü, yaşlıların diri-diri başları kəsildi, dəriləri soyuldu. İnsan hüquqlarını qoruyan cəmiyyətlər, təşkilatlar o gecə kor oldular, kar oldular. O gecə doğulmamış körpələr, analarının qarınlarından çıxardıldı.

"Biz yaşayan insanlar olaraq da o gecə Xocalıda öldük, Türk dünyası öldü. Türk dünyası soyqırıma məruz qaldı. O günləri çox yaxşı xatırlayıram"-deyǝ Cəvahir Əhmədova vurğulayıb.

Hǝmin zamanda yazıcı da olan millǝt vǝkili Aqil Abbas isǝ ölkǝlǝrindǝ atǝşkǝs olduğunu ancaq hǝr gün ǝsgǝrlǝrin şǝhid edildiyini dilǝ gǝtirib.

Türkiyǝ ilǝ Azǝrbaycanın hǝr zaman ǝmǝkdaşlıq içindǝ olduğunu vurğulayan Abbas qeyd edib ki, Azǝrbaycanda daimi olaraq Türkiyǝnin telekanallarına baxılır. Hǝrb zamanı Azǝrbaycanın dayağında sadǝcǝ Türkiyǝ olub. O zaman qadın-kişi hamımız ağladıq. Xocalı yaxud başqa günlǝrdǝ ağlamaqdan çox savaşılmalıdır.


Bu arada İzmirdǝ Bornova bǝlǝdiyyǝsi, Karacaoğlan mǝhǝllǝsindǝ yerlǝşǝn park tamamilǝ yenilǝnǝrǝk “Azǝrbaycan Dostluq Parkı" adıyla vǝtǝndaşların istifadǝsinǝ verilib. Xocalı qǝtliamında hǝyatını itirǝnlǝrin xatirǝsinǝ qoyulan “Xocalı Şǝhidlǝri Abidǝsi" dǝ xeyli sayda iştirakçının qatılması ilǝ tǝşkil edilǝn mǝrasimdǝ açılıb.

Mǝrasimǝ Bornova Bǝlǝdiyǝ sǝdri Olgun Atila ilǝ yanaşı Bornova icra heyǝtinin sǝdri Mustafa Gündoğan, Azǝrbaycan Cümhuriyyǝti İstanbul konsulu Kǝnan Murtuzov, Azǝrbaycan Cümhuriyyǝti millǝt vǝkili Aqil Abbas, Türkiyǝ Azǝrbaycan Dǝrnǝklǝri Federasiyanın sǝdri Bilal Dündar, Azǝrbaycan Kültür vǝ Hǝmrǝylik Dǝrnǝyinin sǝdri Mülazım Paşa, “Xocalı Soykırımı" Tǝbliğat Dǝrnǝyinin üzvü Aqil Mǝmmǝdov ilǝ Azǝrbaycan mǝnşǝli şair ve yazıçı Tuğrul Kǝskin dǝ çıxış ediblǝr. Türkiyǝ ve Azǝrbaycan arasındakı dostluq vǝ qardaşlıq parka asılan vǝ mǝrasimǝ qatılanların ǝllǝrindǝki şüarlarla ifadǝ edilib.

THP Ankara Təşkilatı da Xocalı qətliamını yad etdi

28 fevral bazar günü paytaxt Ankarada “Turancı Hareket Platformu" da təşkilatı Xocalı Soyqırımının 24-cü il dönümünü yad etdi.

Konferansda çıxış edən “TOBB ETÜ" Universiteti müəllimi Dos.Dr. Toğrul İsmayılov ermənilərin Türk xalqlarına qarşı törətdiyi vəhşiliklərdən danışdı. 613 Azərbaycan Türkünün qətlə yetirildiyi Xocalı soyqırımında Fransa, Livan, Suriyə və Rusiya ermənilərindən ibarət olan Asala terror təşkilatının törətdiyi cinayətlərdən danışan Toğrul İsmayılov bilinməyən bir çox faktların hələ də Rus arşivlərində gizlədildiyini qeyd etdi.

Toğrul İsmayılov bildirdi ki, 1992-ci ildə baş verən bu dəhşətli hadisə qırğın yox soyqırımdır. Bu həssas mövzu bizə düşmən olanların belə böyük bir vəhşiliyin üstünü örtmək istəməsi siyasi yalandır. Orada öldürülən insanların tək günahı Türk olmaqları idi. Bu mövzuda sadəcə xalq deyil eyni zamanda həm tarixçilər həm də hüquqçular tədqiqatlar aparmalıdır. Bu sadəcə bizim problemimiz deyil bütün dünyanın problemi olmalıdır. Soyqırımı törədən şəxslər 2000 əsgərdən ibarət idi və bunlar Avropa ölkǝlǝrinin vətəndaşları olan Asala teror təşkilatından ibarət ermənilər idi. Azərbaycan tərəfdən döyüşən əsgər sayı 100 nəfəri keçmirdi. Ağır silah-sursatın istifadə olunduğu hadisədə ağıla gəlməz vəhşiliklər törədildi. Xocalıda törədilən cinayətlər eyniylə 1944-cü ildə SSSR-i tərəfindən Krım və Axısqa Türklərinə də edilmişdi. SSSR öz sərhədləri daxilində Türk xalqlarının yaşamasını istəmirdi və bu səbəbdən əlindən gəldiyi qədər Türkləri bu bölgələrdən sürgün etdirmişdi.

THP Təşkilatının Ankara sədri Kutalmış İşıq konferansda çıxış edərək dedi ki, THP təşkilatında Azərbaycan əsilli bir çox gənc var bu səbəbdən belə həssas mövzularda hamımızın iştirakı çox vacibdir. Biz Türk gəncləri Türk xalqlarının yaşadığı bütün coğrafiyaların dərdlərini bölüşürük. Media orqanlarımız olan “İhtar" və “Türkçü" kimi jurnallarda əlimizdən gəldiyi qədər cəmiyyəti bu mövzularda məlumatlandırmağı özümüzə borc bilirik."



Әlaqәli Xәbәrlәr